Braziliyalı aktyor “Klon” serialının təkrar yayımına görə telekanalı məhkəməyə verib
Məşhur “Klon” serialındakı rolu ilə tanınan braziliyalı aktyor Viktor Fazanu serialın təkrar nümayişinə görə “Globo” teleşirkətini məhkəməyə verib.
Xia.Az xəbər verir ki, bu barədə “Metropoles” nəşri məlumat yayıb.
67 yaşlı aktyor artıq ikinci dəfə məhkəməyə müraciət edib. Birinci dəfə məhkəmə onun iddiasını rədd etmişdi, belə ki, aktyor kompensasiyanın dəqiq məbləğini göstərməmiş və yalnız mənəvi zərərə görə pul tələb etmişdi.
V.Fazanu hesab edir ki, telekanal “Klon” serialının televiziyada və yayım platformalarında təkrar nümayişinə görə ona kompensasiya ödəməli idi. Apellyasiya şikayətində aktyor bildirib ki, müqaviləyə çıxışı olmadığı üçün tələb olunan ödənişlərin məbləğini müəyyən edə bilməyib.