Pakistan İslamabada dron hücumunun qarşısını alıb

YohB9sbE6tCleCC3H7wypi7dhCFBCVu2Uc9o39Cl_1200

Pakistan Silahlı Qüvvələri paytaxt İslamabad yaxınlığındakı Ravalpindi şəhəri üzərində iki pilotsuz uçuş aparatını vurub.

Xia.Az xəbər verir ki, bu barədə “Dawn” qəzeti təhlükəsizlik strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.

Dronlar radioelektron mübarizə vasitələri ilə zərərsizləşdirilib. Onların düşməsi nəticəsində xəsarət alan və dağıntı qeydə alınmayıb.

Mənbələrin sözlərinə görə, hadisədən sonra paytaxt üzərində hava məkanı müvəqqəti bağlanıb, lakin qısa müddət sonra məhdudiyyətlər aradan qaldırılıb. Pakistan Hava Limanları İdarəsi İslamabad beynəlxalq hava limanının normal rejimdə işlədiyini və bütün reyslərin cədvələ uyğun həyata keçirildiyini bildirib.

Bundan əvvəl Əfqanıstan Müdafiə Nazirliyi İslamabaddakı hərbi obyektə aviazərbələr endirildiyini açıqlamış və hücum nəticəsində “qarşı tərəfin ciddi insan və maddi itkilər verdiyini” iddia etmişdi.