ABŞ səfirliyinə PUA hücumu oldu

Uetp2No6hDAyngf0NFoMiYxxijAF7EBAgFwTDVPY_1200

ABŞ-nin Bağdaddakı səfirliyinin ərazisinə atılan raket helikopter meydançasına düşüb, diplomatik kompleksin üzərindən tüstü sütunu qalxıb.

Xia.Az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, raket zərbəsi barədə agentliyə İraq təhlükəsizlik qüvvələrinin iki nümayəndəsi məlumat verib.

İran mediasının məlumatına görə, PUA zərbəsi səfirliyinin damındakı hava hücumundan müdafiə sistemini məhv edib.

Qeyd olunub ki, İraqdakı səfirlik ABŞ-nin dünyadakı ən böyük diplomatik obyektlərindən biridir. Əvvəllər sözügedən kompleks dəfələrlə İranla əlaqəli silahlı qruplaşmalar tərəfindən həyata keçirilən raket zərbələrinin və PUA hücumlarının hədəfinə çevrilib.