Salyanda 4 yaşlı uşaq su quyusunda boğulub
Salyan rayonunda dörd yaşlı uşaq faciəli şəkildə ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə martın 13-də axşam saatlarında rayonun Qaraçala qəsəbəsi ərazisində baş verib.
Qəsəbə sakini 2022-ci il təvəllüdlü Ə.A. həyətdəki su quyusuna düşərək ölüb.
Faktla bağlı araşdırma aparılır.