Bakıda ailədaxili münaqişə QANLA BİTDİ – Saxlanılan var
Bakıda 33 yaşlı kişi bıçaqlanıb.
Oxu.Az-ın məlumatına görə, hadisə martın 14-də saat 03 radələrində paytaxtın Nərimanov rayonu, M.Məmmədov küçəsində qeydə alınıb.
İlkin məlumata görə, 2008-ci il təvəllüdlü Rahim Zamanov münaqişə zəminində qaynı, 1993-cü il təvəllüdlü İlkin Məmmədovun qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.
Hadisənin ailədaxili narazılıq zəminində baş verdiyi, münaqişənin zərərçəkənin bacısı ilə bağlı olduğu bildirilir.
R.Zamanov polis əməkdaşları tərəfindən tutulub.
Faktla bağlı araşdırma aparılır.