Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Mənzil sahibi olmaq istəyənlərə ŞAD XƏBƏR

Posted on 14 Mart 202614 Mart 2026 By Admin_

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi sosial layihə çərçivəsində kvadratmetri bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı olan yeni mənzillər satışa çıxarılıb.

Oxu.Az xəbər verir ki, mənzillərin bir kvadratmetrinin qiyməti 435-830 manat intervalında müəyyən edilib.

Bildirilib ki, mənzillər paytaxt Bakının Ümid qəsəbəsində, həmçinin Abşeron və Samux rayonlarında yerləşən yeni yaşayış komplekslərində təklif olunur.

Qeyd olunub ki, mənzillər 3 və 4 otaqdan ibarətdir, tam təmirli vəziyyətdədir və əvvəllər istifadə olunmayıb.

Bundan başqa, mənzillərin çıxarışı mövcuddur və ipoteka krediti vasitəsilə əldə edilməsi mümkündür.

Mənzillər barədə ətraflı məlumat ms.sosial.gov.az portalında yerləşdirilib. Mənzili həmin portal vasitəsilə “Bron et” düyməsinə basmaqla rezerv etmək mümkündür.

Məlumata görə, hər bir mənzili maksimum üç nəfər bron edə bilər. İlk bron edən şəxs mənzili almaqdan imtina edərsə, alış hüququ növbə ilə digər bron etmiş şəxsə ötürülür.

Nazirliklə mənzili bron edərək satın alan şəxs arasında 10 gün ərzində alqı-satqı müqaviləsi rəsmiləşdirilir.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Xanoba kəndinə ilk köç yola salınıb
Next Post: SEPAH-dan 48-ci HƏMLƏ
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme