Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

SEPAH-dan 48-ci HƏMLƏ

Posted on 14 Mart 202614 Mart 2026 By Admin_

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə və bölgədəki ABŞ bazalarına qarşı “Əsl vəd – 4” əməliyyatının 48-ci mərhələsinin həyata keçirildiyini bəyan edib.

Xia.Az xəbər verir ki, bu barədə İran dövlət televiziyası SEPAH-a istinadən məlumat yayıb.

Məlumata görə, hücum zamanı İran ordusu ballistik raketlərdən istifadə edib.

Hücum zamanı ABŞ-nin hansı obyektlərinin vurulduğu barədə açıqlama verilməyib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Dünya

Yazı naviqasiyası

Previous Post: Mənzil sahibi olmaq istəyənlərə ŞAD XƏBƏR
Next Post: Qonaqlar Qarabağ və Şərqi Zəngəzura gedəcəklər
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme