Bakıda sakinləri təngə gətirən PROBLEMLƏR – Zibil, çirkab su, keçilməz yollar

TO7mUWTs3z6hF9ExMp7yawnvCdvAcUC1MpsnqJjj_1200

Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Təbriz Xəlilbəyli küçəsində illərdir ki, antisanitar vəziyyət hökm sürür.

Bu barədə Oxu.Az-a ərazidə yaşayan sakinlər müraciət ediblər.

Sakinlərin sözlərinə görə, Balaxanı ilə Sabunçu qəsəbələrini birləşdirən, “Zavod yolu” adlanan ərazi müxtəlif tullantıların dolub-daşdığı, yağışlı havada isə çirkab suların yığıldığı gölə çevrilib.