Yaralanan ABŞ əsgərlərinin sayı açıqlandı

0KDW5cMuK9zzRp1Ea9jeMScvqXhSs1CLQlpZlnq2_1200

ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatların gedişatında 200 amerikalı hərbçi yaralanıb.

Xia.az “ABC News”a istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi, kapitan Tim Hokins bildirib.

Onun sözlərinə görə, xəsarət alanlardan 180-i artıq xidmətə qayıdıb, lakin on nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir.

Yaralanan hərbi qulluqçular yeddi ölkədə – Bəhreyn, İraq, İsrail, İordaniya, Küveyt, Səudiyyə Ərəbistanı və BƏƏ-də olublar.

T.Hokins “The Wall Street Journal”a açıqlamasında bildirib ki, hərbçilər əsasən münaqişənin ilk günlərində, İranın raket və dron hücumları zamanı xəsarət alıblar.