İran millisi 2026-cı il dünya çempionatında iştirak edəcək?

qKtZv4l68myCGDaWIonbTagl16zglk2R3aJwT8Px_1200

İranın futbol üzrə milli komandası 2026-cı il dünya çempionatında iştirak etməyi planlaşdırır.

Xia.az  xəbər verir ki, bu barədə Asiya Futbol Konfederasiyasının baş katibi Vindzor Con “Associated Press”ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, İran AFX-nin üzvüdür və hazırda İran Futbol Federasiyası turnirdə iştirak edəcəklərini təsdiqləyib.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. İran millisi G qrupunda Belçika, Misir və Yeni Zelandiya yığmaları ilə qarşılaşacaq.