Ermənistana göndərilən Rusiya taxılı Biləcəridən yola salınıb
Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 7 vaqondan ibarət yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.
Xia.az “Report”a istinadən xəbər verir ki, taxılın ümumi çəkisi 488 tondur.
Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.