Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümü

FzKNBZITFhkmgQFX4es2139yjJdZnmlleyZ6sX6i_1200

Xia.az Neftçala rayonunun Qazaxbərəsi kəndində bayram hazırlıqları faciə ilə yekunlaşıb. Bayram süfrəsi üçün alış-veriş etmək istəyən iki qardaş – Rəvan və Əli Manaflılar avtomobil qəzası nəticəsində həyatlarını itiriblər.

Mağazadan geri qayıdarkən qardaşlardan birinin sükanı arxasında olduğu avtomobil idarəetmənin itirilməsi nəticəsində evlərinə cəmi 200 metr qalmış yol kənarındakı kanala aşıb. Zərbənin təsirindən qaz borusu qırılıb və avtomobil suya düşüb. Hər iki qardaş hadisə yerində həlak olublar. Onların cansız bədənləri sudan çıxarılaraq ailələrinə təhvil verilib..