Novruz bayramını keçirmək üçün Bakını seçdilər
Xia.az Dənizkənarı bulvarda Novruz bayramına həsr olunmuş Qazaxıstanın ənənəvi tədbiri keçirilib. Əraziyə çoxsaylı ziyarətçi axını müşahidə olunub. Xüsusilə qurulan “Qazax yurtası” iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Ziyarətçilər burada şəkillər çəkdirir, milli adət-ənənələrlə yaxından tanış olurlar. Tədbir çərçivəsində milli oyunlar, konsert proqramları və ənənəvi təamların təqdimatı təşkil edilir.
Qeyd edək ki, bayram proqramı martın 20-dən 22-dək davam edəcək.