Sumqayıtda bayram tonqalı yanğına səbəb oldu
Sumqayıt şəhəri, F.Bədəlbəyli küçəsində yanğın baş verməsi barədə “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Xia.az Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub:
“Beşmərtəbəli yaşayış binasının həyətində qalanan tonqaldan yaxınlıqda yerləşən ağaca yayılan yanğın söndürülüb. Yanğın nəticəsində yaşayış binasının həyətində bir ədəd şam ağacı qismən yanıb”.
“Yaşayış binası və ətraf ərazilər yanğından mühafizə olunub”, – deyə məlumatda vurğulanıb.