İranın İsrailə və Körfəz ölkələrinə endirdiyi zərbələrin sayı açıqlanıb
İran silahlı qüvvələri regionda münaqişə başlayandan bəri İsrail ərazisindəki hədəflərə 850 raket və pilotsuz uçuş aparatı buraxıb.
Xia.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, eskalasiyanın başlanğıcından indiyədək İran Fars körfəzi ölkələrinin ərazisinə ümumilikdə 4 911 raket və PUA, İsrailə isə 850 raket və pilotsuz aparat göndərib.