“İsrailin Dimona şəhərində radiasiya fonu normal həddə qalır”

sG8SDYRoyF5RgepJBjULevfIaQ9icSZwXg5fDFNu_1200

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İsrailin Dimona şəhərinə endirilən zərbə nəticəsində “Negev” nüvə tədqiqat mərkəzinə ziyan dəydiyini təsdiqləyən məlumata malik olmadığını bildirib.

Xia.az  xəbər verir ki, bu barədə agentlik “X” sosial şəbəkəsində paylaşım edib.

Məlumatda qeyd olunub ki, BAEA Dimonada raket zərbəsi ilə bağlı məlumatlardan xəbərdardır, lakin “Negev” nüvə tədqiqat mərkəzinə zərər dəydiyini göstərən heç bir informasiya almayıb.