Tramp İrana 48 saat vaxt verdi
“Əgər 48 saat ərzində Hörmüz boğazı tamamilə blokadadan çıxarılmasa, ABŞ İranın elektrik stansiyalarını məhv etməyə başlayacaq”.
Xia.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında yazıb.
Onun sözlərinə görə, ilk olaraq İslam Respublikasının ən böyük enerji obyekti hücuma məruz qalacaq.
Dünən İsrailin müdafiə naziri İsrael Kats SAXAL və ABŞ Silahlı Qüvvələrinin yaxın vaxtlarda İrana qarşı zərbələri gücləndirəcəklərini bildirib.
Bundan əvvəl 22 ölkənin hökuməti boğazdan təhlükəsiz keçidin təmin olunması istiqamətində səylərə töhfə verməyə hazır olduqlarını ifadə ediblər.