“Formula-1” üzrə builki Azərbaycan Qran-prisi ləğv oluna bilər?

1Diese9RzdfyxWyEHCtXseuNGCWsakuRMuU3vN6n_1200

Bəhreyn və Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan “Formula-1” yarışlarının ləğvindən sonra Azərbaycan Qran-prisinin də ləğv edilə biləcəyi ehtimal olunur.

Xia.az xəbər verir ki, bu barədə iddia ilə “Formula-1″i işıqlandıran idman jurnalisti Jiuliana Cerasoli çıxış edib.

O bildirib ki, müharibənin şiddətlənməsi davam edərsə, Azərbaycanın münaqişə zonasına yaxınlığı səbəbindən mövsümdən daha bir yarışın çıxarılması mümkündür.

Bakı Şəhər Halqasının mətbuat xidmətindən Xia.az -ın sorğusuna cavab olaraq bildirilib ki, yarışın təxirə salınması ilə bağlı hər hansı məlumat daxil olmayıb:

“Belə bir məlumat bizə daxil olmayıb. Yarış qüvvədədir və “Formula-1″ təqviminə uyğun keçirilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, “Formula-1” təqviminə əsasən, Bəhreyn (5-ci mərhələ) və Səudiyyə Ərəbistanında (6-cı mərhələ) yarışlar ləğv olunub. Bu səbəbdən aprel ayında beş həftəlik fasilə yaranacaq. May ayında yarışlar ABŞ Qran-prisi ilə davam edəcək.