Lənkəranda avtomobilin kanala aşması nəticəsində xəsarət alan şəxslərin VƏZİYYƏTİ AÇIQLANDI
Lənkəran rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Xia.az -ın sorğusuna cavab olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, rayonun Şağlaküçə kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə üçü qadın, üçü kişi olmaqla xəsarət alan altı nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
“Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması, qapalı kəllə-beyin travması, said sümüklərinin sınığı diaqnozları təyin olunub.
Xəsarət alan qadınlardan biri vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Digər xəsarət alanların müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
Vəziyyətləri stabil qiymətləndirilir”, – deyə məlumatda bildirilir.