Ev heyvanlarının tükündən qiymətli daş-qaşlar düzəltməyə başlayıblar

spzpz930uaBHM77VtqYUCYYlGW8V08Hex8eB8Nzn_1200

Rusiyada zərgərlər ev heyvanlarının tükündən qiymətli daş-qaşlar düzəltməyə başlayıblar.

Xia.az  xəbər verir ki, bu barədə “Shot Proverka” “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, mütəxəssislər ev heyvanı sahiblərinə pişik, it və digər heyvanların tükünü gətirməyi təklif edirlər. Ekspertlər həmin materialdan karbon ayırır, daha sonra isə 1 400 dərəcədən yüksək temperatur və beş hektopaskaldan artıq təzyiq altında almaz yetişdirirlər.

Daha sonra zərgərlər daşı cilalayaraq və kəsərək onu tam qiymətli brilyanta çevirirlər. Bildirilir ki, birkaratlıq daş hazırlamaq üçün təxminən iki qram tük kifayətdir. Bu miqdarı heyvanları bir-iki dəfə daramaqla toplamaq mümkündür.

Eyni zamanda, yalnız tük deyil, heyvanların caynaqlarından da istifadə etmək olar. Belə zinət əşyalarının qiyməti bir karat üçün 350 min rubl (təxminən 7 300 manat) və daha yuxarı təşkil edir.