Mingəçevirdə qəzada yaralananların kimliyi bilindi
Mingəçevirdə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.
Xia.az -ın əldə etdiyi məlumata görə, hadisə martın 23-də saat 23-də Mingəçevir şəhərində 1992-ci il təvəllüdlü Nurlan Çingiz oğlu Fərəcovun idarə etdiyi 99-RG-640 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobillə 1988-ci il təvəllüdlü Ruhani İkram oğlu Cəfərovun idarə etdiyi 77-BD-802 dövlət nömrə nişanlı “Opel” markalı avtomobilin toqquşması nəticəsində baş verib.
Hadisə nəticəsində “Opel”in sürücüsüz R.Cəfərov, sərnişinləri – 1989-cu il təvəllüdlü Rəvanə Həmid qızı Cəfərova, 1966-cı il təvəllüdlü Təranə Vəkil qızı Mütəllimova və 1950-ci il təvəllüdlü Sevil Hüseyn qızı Əsədova xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar.
Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.