Gədəbəydə 2 yaşlı uşaq vəfat edib

Pz09a0n1ukmoHHJMyO2tkq2atbKVHIoDKIZZbkGV_1200

Gədəbəydə 2 yaşlı uşaq xəstəlikdən ölüb.

Xia.az -ın əldə etdiyi məlumata görə, 2024-cü il təvəllüdlü A.Musayev yaşadığı evdə qəflətən halı pisləşib.

Azyaşlının epilepsiya xəstəsi olduğu bildirilib.

Gədəbəy Rayon Mərkəzi Xəstəxanasından Xia.az -ın sorğusuna cavab olaraq bildirilib ki, martın 26-da saat 00:30-da 2024-cü il təvəllüdlü azyaşlı (kişi) valideynləri tərəfindən Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Məlumatda qeyd olunub ki, xəstəxanaya daxil olarkən azyaşlıda həyat əlamətləri müşahidə edilməyib:

“Həkim heyəti tərəfindən azyaşlının ölüm faktı təsdiq olunub”.