Kürdə köməksiz qalan ailə üzvləri xilas edildilər
Samux rayonu ərazisində Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində köməksiz vəziyyətdə qalan ailə üzvləri xilas ediliblər.
Bu barədə Xia.az -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Açıqlamada qeyd olunub ki, hadisə yerinə cəlb olunan qurum əməkdaşları tərəfindən vətəndaşlar təhlükəsiz əraziyə təxliyə ediliblər
Samux rayonu ərazisində Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində bir ailənin 4 üzvü köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən Xia.az -ın sorğusuna cavab olaraq bildirilib ki, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin Samux Rayon Yanğından Mühafizə Hissəsi və rayon icra hakimiyyətinin əməkdaşları əraziyə cəlb olunublar.
Məlumatda qeyd olunub ki, hazırda birgə xilasetmə tədbirləri həyata keçirilir.
Qeyd edək ki, məsələ ilə bağlı ilk məlumatı APA yayıb.