“ABŞ və İran Türkiyənin koordinasiyası ilə dialoq aparır”

05zhkVgK52XBeAEUY0jAwkyBZVFc6X9tYXpKXth2_1200

“ABŞ və İran arasında Türkiyənin koordinasiyası ilə təmaslar davam edir, mesaj mübadiləsi isə Pakistan vasitəsilə həyata keçirilir”.

Xia.az  xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “A Haber” telekanalına bildirib.

“Əlaqələr başlayıb, mesajlar Pakistan vasitəsilə ötürülür. Amerikalılar bunu bizimlə koordinasiya edir, müzakirələr gedir”, – deyə o qeyd edib.

Fidan əlavə edib ki, Türkiyə hər iki tərəflə əlaqə saxlayır və onların mövqelərini, gözləntilərini daha yaxşı anlamağa çalışır.