İran Hörmüz boğazından keçmək istəyən Pakistan gəmilərinə yaşıl işıq yandırdı

JhZVoInMGA9dEkm3AdPvwDS2n2UOUdtIO8jClxhf_1200

İran hakimiyyəti Hörmüz boğazından Pakistan bayrağı altında üzən 20 gəminin keçməsinə icazə verib.

Xia.az  xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, hər gün boğazdan iki gəminin keçidi təmin olunacaq.

Nazir bu addımı “yaxşı xəbər” kimi qiymətləndirərək qeyd edib ki, əldə olunmuş razılaşma regionda mövcud vəziyyət fonunda mühüm əhəmiyyət daşıyır.