18 yaşlı gəncin meyiti tapıldı
Şəmkir rayonunda yaşayış evində meyit aşkarlanıb.
Xia.az APA-ya istinadla xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü E.Əlizadənin meyiti yaşadığı evdə yaxınları tərəfindən tapılıb.
Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.