Livanın cənubunda təhlükəsizlik zonası genişləndirilir

HoPcGBoXilekyCve5HdYCK2JxK8sutEiu69EuO2G_1200

İsrailin Baş naziri Benyamin Netanyahu Livanın cənubunda təhlükəsizlik zonasının genişləndirilməsi barədə göstəriş verib.

Xia.az xəbər verir ki, bu barədə o, yayımladığı videomüraciətdə bildirib.

Netanyahunun sözlərinə görə, bu addım sərhədlərin raket hücumlarından qorunması və mümkün hücum təhlükəsinin qarşısının alınması məqsədi daşıyır. O qeyd edib ki, İsrail Müdafiə Ordusu (SAXAL) artıq 150 min raketi məhv edib, lakin “Hizbullah” hələ də İsrailə zərbə endirmək imkanına malikdir.

Qeyd edək ki, martın əvvəlində İsrail Livanda məhdud quru əməliyyatına başladığını elan edib və “Hizbullah” obyektlərinə zərbələr endirib. Məlumata görə, İsrail Litani çayının cənubundakı ərazilərə nəzarəti genişləndirməyi planlaşdırır.