Azərbaycan millisi bu gün ikinci oyununu keçirəcək

I6v51y2uoqH5IPl9lOGmNrROGA2nH5RD6DzF39Ha_1200

Futbol üzrə Azərbaycan millisi “FIFA Series – 2026” beynəlxalq turnirində bu gün ikinci oyununu keçirəcək.

Xia.az  xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Syerra Leone yığması ilə üz-üzə gələcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma saat 19:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi martın 27-də eyni arenada Sent Lüsiya komandasını 6:1 hesabı ilə üstələyib.