Çində düşüncə ilə idarə olunan robot-it təqdim edildi

I01nWkdUz2SxDLUC4Alaw9lyrhNj8AtXqZMXaWxo_1200

Çində Szyaotun Universitetinin alimləri robot-itin düşüncə ilə idarə olunmasına imkan verən sistem hazırlayıblar.

Xia.az “Sinxua” agentliyinə istinadən xəbər verir ki, texnologiya qeyri-invaziv “beyin-kompüter” interfeysinə əsaslanır və insanın beyin siqnallarını oxuyaraq onları komandaya çevirir.

Məlumata görə, robot hazırda 11 sadə əmri (irəli, geri, dönmə və s.) 95%-dən çox dəqiqliklə yerinə yetirir və reaksiya müddəti təxminən bir saniyədir.

Alimlər bildirirlər ki, bu texnologiya gələcəkdə reabilitasiya, yaşlılara qulluq və hərəkət məhdudiyyəti olan şəxslərə yardım sahəsində istifadə oluna bilər.