İsmayıllıda QƏZADA 3 və 19 yaşlı qızlar ÖLDÜLƏR, yaralılar var

u3XxSTZDeSuX3vjXkDnPAP5dD8zYmpwekw90c75S_1200

İsmayıllıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsində xəsarət alanların durumu bəlli olub.

Bu barədə Xia.az ın sorğusuna cavab olaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Qeyd olunub ki, bu gün saat 05:30-da İsmayıllı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə üç nəfər (iki kişi, bir qadın) İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“Yaralılara bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, hadisə zamanı 2000-ci il və 2023-cü il (qadın) təvəllüdlü şəxslərin həkiməqədər ölüm faktı qeydə alınıb”.