Avtoxuliqanlıq edən şəxs həbs edildi - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Avtoxuliqanlıq edən şəxs həbs edildi

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün “Volkswagen” markalı, 77-DD-459 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o buna məhəl qoymayaraq hərəkətini davam etdirib.

Xia.Az xəbər verir ki, bu barədə BŞDYPİ məlumat yayıb.

Bildirilib ki, görülən tədbirlər nəticəsində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan sürücü Ramil Xamadyarov saxlanılıb.

Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı R.Xamadyarovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Xamadyarovun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?