Ağdam sakini Mingəçevirdə küçədə infarktdan öldü
Mingəçevir şəhərində 57 yaşlı kişi küçədə qəfil ölüb.
Xia.az -ın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai küçəsində baş verib.
Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Şahlar Məmişov küçədə qəfil özünü pis hiss edib və yıxılıb. O, küçədə vəfat edib.
İlkin məlumata görə, Ş.Məmişov infarktdan dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.