Pit Heqset: “ABŞ İrana quru qoşunlarının yerləşdirilməsini istisna etmir”
“Vaşinqton İranla müharibədə quru qoşunlarının yerləşdirilməsi də daxil olmaqla, heç bir variantı istisna etmir, lakin planların açıqlanması ordunu gözlənilməzlik elementindən məhrum edir”.
Xia.az -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Pentaqon rəhbəri Pit Heqset mətbuat konfransında bildirib.
“Biz heç bir variantı istisna etmirik. Düşmənə nə etməyə hazırlaşdığını və ya nəyi etmək istəmədiyini, o cümlədən quru qoşunlarının yerləşdirilməsini deməklə, döyüşdə qalib gəlmək mümkün deyil. Mahiyyət gözlənilməz olmaqda və nə etmək istədiyini və ya istəmədiyini qəti şəkildə heç kimə bildirməməkdir”, – deyə Heqset bildirib.