Ağdaşda oğurluq edən şəxslər saxlanılıblar - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Ağdaşda oğurluq edən şəxslər saxlanılıblar

Ağdaş rayonunda dəyəri 7 min manat olan internet xətləri kəsilərək naməlum şəraitdə oğurlanıb. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Teyfur Həsənov, Rəfi Cabbarov və Vahid Kərimov saxlanılıblar. Onlar oğurladıqları naqilləri mis halında əlvan metal qəbulu məntəqələrinə satdıblar. Araşdırmalarla saxlanılanların rayon ərazisində iribuynuzlu heyvan oğurladıqları da müəyyən edilib.
Keçirilən digər tədbir zamanı isə müştəri qismində mağazalara daxil olaraq oradan oğurluq edən, əvvəllər məhkum olunmuş Elvin Zamanlı da saxlanılıb. Onun ətraf rayonlarda da marketlərdən oğurluq etdiyi məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?