Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

ABŞ Qrenlandiyadakı üç bazaya giriş üçün Danimarka ilə danışıqlar aparır

Posted on 01 Aprel 202601 Aprel 2026 By Admin_

ABŞ-nin Hərb Nazirliyi (Pentaqon) Qrenlandiyada üç hərbi bazaya giriş əldə etmək üçün Danimarka ilə danışıqlar aparır.

Xia.az  xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, söhbət Qərbi Qrenlandiyadakı Narsarsuaq və Kangerlussuaq ərazilərindən gedir ki, burada əvvəllər ABŞ obyektləri yerləşib.

Birləşmiş Ştatların Şimal Komandanlığının rəhbəri Qreqori Qiyo Arktikanın artan strateji əhəmiyyəti səbəbindən bazalara giriş imkanlarını genişləndirmək istəyini bildirib.

Qeyd olunur ki, danışıqlar ABŞ ordusuna adada geniş səlahiyyətlər verən 1951-ci il müqaviləsi çərçivəsində aparılır.

Hazırda Qrenlandiyada ABŞ-nin bir bazası fəaliyyət göstərir.

Dünya

Yazı naviqasiyası

Previous Post: Bu dərman vasitələrinin alınmasına 2,5 milyon manat xərclənəcək
Next Post: Pakistan və Əfqanıstan rəsmiləri Çində bir araya gəldilər
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme