Tehran atəşkəs üçün ABŞ-yə müraciət edib?

aKlQ97rZ8x6WLCrue7z9AocyntJofrk2OjoBjt2S_1200

İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmail Baqai ABŞ Prezidenti Donald Trampın son bəyanatına sərt reaksiya verib.

Xia.az  xəbər verir ki, Baqai “Əl-Cəzirə” telekanalına müsahibəsində Trampın “İran tərəfi atəşkəs xahişi ilə bizə müraciət edib” iddiasını qəti şəkildə rədd edib.

XİN rəsmisi bildirib ki, İran tərəfindən hər hansı atəşkəs xahişi olunmayıb:

“Trampın bizim atəşkəs xahiş etdiyimizə dair bəyanatı yalandır və həqiqəti əks etdirmir”.