Peruda zəlzələ baş verib

mzyHX5duJV2JosnY0CxflmJncWh0aHS6oSOAufER_1200

Perunun şimal bölgəsində 5.9 maqnitudalı yeraltı təkanlar qeydə alınıb.

Xia.az məlumat verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Seysmoloji mərkəzlərin hesabatına əsasən, zəlzələ yerli vaxtla saat 06:20-də (Bakı vaxtı ilə 15:20 – red.) baş verib. Təkanların mərkəzi təqribən 120 min əhalisi olan Tarapoto şəhərindən 87 kilometr məsafədə yerləşib. Təbii fəlakət mütəxəssislər tərəfindən dağıdıcı xarakterli qiymətləndirilir.

Eyni zamanda, ABŞ Geoloji Xidməti yeraltı təkanların maqnitudasının 6 bal, zəlzələ ocağının isə 108.6 kilometr dərinlikdə olduğunu açıqlayıb.