Cahangir Həsənzadə vəzifədən azad edildi

MLGGukDlUwwvorCXUn3PKU2z16v5dsCYPN6eM39P_1200

Azərbaycan millisinin sabiq qapıçısı Cahangir Həsənzadə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) texniki direktor vəzifəsindən azad edilib.

Xia.az  xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Cahangir Fərəcullayev məlumat verib.

O bildirib ki, bu gün Cahangir Həsənzadənin son iş günüdür və yaxın vaxtlarda yeni təyinat reallaşacaq.

Qeyd edək ki, Cahangir Həsənzadə 2020-ci ildən AFFA-nın texniki direktoru vəzifəsini icra edirdi.