Rusiyada sərnişin qatarı RELSDƏN ÇIXIB

hMtAYJWgsVlULwZI0BWbe6Z8lhXYnw0Yqev3JXP5_1200

Ulyanovsk vilayətində qatarın relsdən çıxması nəticəsində xəsarət alanların sayı 23-ə çatıb.

Xia.az “Baza” “Telegram” kanalına istinadən məlumat verib. Bildirilib ki, yaralananlardan dördü uşaq olub.

Məlumata görə, iki sərnişinin sümükləri sınıb, digərlərinin isə vəziyyəti yüngül və orta ağır olaraq qiymətləndirilir. Vaqonlarda olan bütün sərnişinlər təxliyə edilib.

Qeyd olunub ki, qatarda 157 nəfər olub, onlardan 65-i uşaqdır. Sərnişinlər arasında Ximkidəki təlim-məşq düşərgəsindən qayıdan, Çelyabinskdən olan yeddi gənc qılıncoynadan da olub.