Yaz və yay mövsümü üçün ən dəbli donlar açıqlandı

zaGfPfGpatgyEs98IEtSRiZfmp43cDALMlRmMbx6_1200

“Vogue” jurnalının redaktorları 2026-cı ilin yaz və yay mövsümündə aktual olacaq ən trend don modellərini müəyyənləşdiriblər.

Xia.az  xəbər verir ki, bu barədə nəşrin rəsmi saytında geniş məqalə dərc olunub.

Cari isti mövsümdə bədənə sıx oturan (“ikinci dəri” effekti yaradan) donlar, alt paltarı üslubunda hazırlanan modellər və “beybi-doll” (yüksək belli, uşaq kuklalarının geyimindən ilhamlanan A-siluetli) donlar xüsusilə aktualdır. Bundan əlavə, büzməli, krujevalı, pərdə formalı və çiçək naxışlı qarderob nümunələri də populyarlıq qazanıb.

Siyahıda 1960-cı illərin dəbini xatırladan pastel rəngli geyimlər və “halter” üslubunda (çiyinləri açıq qoyan, boyun ətrafına ilgək kimi bağlanan yaxalıq) əşyalar da yer alıb. Redaktorlar bu mövsüm həm zərifliyin, həm də rahatlığın ön planda olacağını vurğulayırlar.