İran ABŞ hərbi bazalarına zərbələr endirdi

s9jSdBWPu8ni9Bkjwn6QoJ5JXBvs4n4pWWAMY4nc_1200

İran ordusu İordaniya və Küveytdəki ABŞ hərbi bazalarına, eləcə də Bəhreyndə bir zavoda PUA-lardan zərbələr endirib.

Xia.az  xəbər verir ki, bu barədə İran dövlət televiziyası ordunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Bu gün səhər saatlarında İran ordusu İordaniyada ABŞ-nin təchizat və logistika anbarına, silahlı qüvvələrinin yerləşdiyi məkanlara, Küveytdəki Ərifcan düşərgəsində zirehli briqadaya məxsus batalyonunun yerləşdiyi əraziyə, həmçinin Bəhreynin ən böyük alüminium zavoduna PUA-larla zərbələr endirib”, – deyə bildirilib.