Bakıda qadının burun əməliyyatından sonra ölməsi ilə bağlı həkim Sənan Mehdiyev saxlanılıb - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Bakıda qadının burun əməliyyatından sonra ölməsi ilə bağlı həkim Sənan Mehdiyev saxlanılıb

Bakıda Nəzrin Mansurovanın burun əməliyyatından bir neçə gün sonra vəfat etməsi ilə bağlı rinoplastikanı həyata keçirən həkim Sənan Mehdiyev saxlanılıb.

Xia.Az  Oxu.az-a istinadən xəbər verir ki, Sənan Mehdiyev Nəsimi Rayon Prokurorluğunda başlanan cinayət işi çərçivəsində şübhəli şəxs qismində saxlanılıb.

Onun 48 saat ərzində hakim qarşısına çıxarılacağı gözlənilir.

Sənan Mehdiyevə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü, Bakı şəhər sakini Nəzrin Aydın qızı Mansurovanın müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılıb.

İlkin araşdırma zamanı Nəzrin Mansurovanın yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində rinoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilərək zəruri prosessual hərəkətlər icra olunur.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?