Bakı-Qazax yolunda dəhşətli YANĞIN: 14 ton qida məhsulu KÜLƏ DÖNDÜ - ANBAAN GÖRÜNTÜLƏR - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Bakı-Qazax yolunda dəhşətli YANĞIN: 14 ton qida məhsulu KÜLƏ DÖNDÜ – ANBAAN GÖRÜNTÜLƏR

Bakı-Qazax yolunda dəhşətli yanğın olub, 14 ton qida məhsulu külə dönüb.

Xia.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Bakı-Qazax yolunun 137-ci kilometrliyi, Hacıqabul rayonu ərazisində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal əraziyə cəlb olunublar.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “DAF” markalı yük avtomobilinin qoşqu hissəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, həmçinin yükün təhlükəsiz əraziyə boşaldılması təmin edilib.

Yanğın nəticəsində yük avtomobilinun qoşqusunda olan 21 ton qida məhsulunun 14 tonu yanıb.

Yük avtomobili və qida məhsullarının qalan hissəsi yanğından mühafizə olunub.

Həmin görüntüləri təqdim edirik:

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?