Zədədən sonra keçirdiyi ilk matçda dubl etdi

GsTUf9NEYLXaTvFJxnSTNfduY4h35BRkreiRsCXA_1200

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu zədədən sonra meydana qayıtdığı ilk matçda dubl edərək Səudiyyə Ərəbistanı çempionatının 27-ci turunda “Ən-Nəsr”in “Ən-Nəcmə”ni darmadağın etməsinə kömək edib.

Xia.az  xəbər verir ki, Ər-Riyadda baş tutan görüş 5:2 hesabı ilə başa çatıb.

Portuqaliyalı futbolçu fevralın 28-də “Əl-Feyha” ilə matçda (3:1) bud nahiyəsindən aldığı əzələ zədəsi səbəbindən bütün mart ayını buraxmışdı.

O, start heyətində meydana çıxıb və artıq 56-cı dəqiqədə penaltini dəqiq yerinə yetirərək komandasını hesabda önə keçirib. 73-cü dəqiqədə isə Ronaldu “Ən-Nəsr”in üstünlüyünü daha da artırıb.

Bu dubl 41 yaşlı hücumçunun karyerasında vurduğu 966-cı və 967-ci qollar olub. Səudiyyə Pro Liqasının cari mövsümündə Ronaldunun hesabında 23 qol var.