“Zirə” minifutbol üzrə Azərbaycan çempionu oldu
Minifutbol üzrə Azərbaycan çempionatının qalibi bəlli olub.
Xia.az “Report”a istinadən xəbər verir ki, final oyununda “Zirə” “Birbaşa Bakı” ilə üz-üzə gəlib.
Bakı Tennis Akademiyasındakı qarşılaşmada “Zirə” 4:1 hesablı qələbəyə sevinib.
Daha əvvəl “Aznur” üçüncü yer uğrunda görüşdə “Sumqayıt”ı üstələyib – 6:4.
Beləliklə, “Zirə” qızıl, “Birbaşa Bakı” gümüş, “Aznur” bürünc mükafata sahib çıxıb.