Əfqanıstanda zəlzələ

21aViIgGknh7MSh6pOxznn84sPsixnGYR40bdJQC_1200

Əfqanıstanda baş verən 5.8 maqnitudalı zəlzələ faciəyə səbəb olub.

Xia.az  “Rasd News” telekanalına istinadən xəbər verir ki, Kabil əyalətində yaşayış binasının uçması nəticəsində səkkiz nəfər həlak olub, bir uşaq isə xəsarət alıb.

Zəlzələ aprelin 3-də yerli vaxtla saat 20:45-də qeydə alınıb. ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına əsasən, yeraltı təkanların episentri Bədəxşan əyalətinin Cərm rayonundan 35 kilometr cənubda yerləşib.

Təbii fəlakətin ocağı təxminən 186 kilometr dərinlikdə olub.