Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Axtarışda iştirak edən ABŞ helikopterlərinə atəş açıldI

Posted on 04 Aprel 202604 Aprel 2026 By Admin_

İran “F-15E” qırıcı təyyarəsinin axtarış əməliyyatında iştirak edən ABŞ-yə məxsus iki “UH-60 Blackhawk” helikopterinə zərbə endirib.

Xia.az -ın xəbərinə görə, bu barədə “NBC News” telekanalı məlumat verir.

Kanalın məlumatına görə, göyərtədəki hərbçilər yüngül xəsarətlər alıblar.

Həmçinin bildirilir ki, İranın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “A-10” hücum təyyarəsi qəzaya uğramadan əvvəl Küveytə çatmağı bacarıb. Zədə aldıqdan sonra “A-10” təyyarəsi Küveyt hava məkanına daxil olub. Pilot katapult edib, təyyarə isə qəzaya uğrayıb. Pilotun sağ olduğu bildirilir.

Qeyd edilir ki, hücum təyyarəsi “F-15E” qırıcısının İranın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmasından sonra axtarış-xilasetmə əməliyyatları üçün göndərilib.

Dünya

Yazı naviqasiyası

Previous Post: Metrosundan istifadə edən sərnişinlərin SAYI AÇIQLANDI
Next Post: Azərbaycan Prezidenti seneqallı həmkarını təbrik edib
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme