Tibb bacısını qanunsuz işdən çıxaran xəstəxana direktoru CƏRİMƏLƏNDİ - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Tibb bacısını qanunsuz işdən çıxaran xəstəxana direktoru CƏRİMƏLƏNDİ

Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru 1 500 manat cərimə olunub. Buna səbəb isə tibb bacsısının haqsız yerə işdən azad edilməsi olub.

Xia.Az Musavat.com-a istinadən xəbər verir ki, direktor Günay Muradova İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsi ilə 1 500 manat cərimə edilib.

Əldə edilən məlumata görə, xəstəxananın əməkdaşı Elnarə Şıxıyeva Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifədən azad olunub. Elnarə Şıxıyeva bundan müvafiq qurumlara şikayət verib.

Araşdırma zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qərar qəbul edib ki, Elnarə Şıxıyevanın işdən çıxarılması zamanı əmək qanunvericiliyinin tələbləri pozulub.

O da məlum olub ki, Elnarə Şıxıyeva barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifədən azad edilməsi barədə qərar qəbul edilsə də, sonradan bu qərar icra edilməyib. Elnarə Şıxıyevaya tibb məntəqələrindən birində kiçik tibb bacısı işləməsi təklif olunub. E.Şıxıyeva bununla razılaşmadığı üçün işdən azad edilib.

Günay Muradova cərimə edilməsindən narazı qalaraq məhkəməyə müraciət edib.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?