Narkoloji Mərkəzin direktoru CƏRİMƏLƏNDİ - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Narkoloji Mərkəzin direktoru CƏRİMƏLƏNDİ

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin direktoru Fəzail Əhməd oğlu Sadıqov barəsində cərimə protokolu tərtib edilib.

Xia.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, mərkəz direktoru barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə protokol yazılıb.

192.4-cü maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır.

Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 700 manatdan 1 500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Fəzail Sadıqov dövlət qurumunun qərarı ilə razılaşmayaraq məhkəməyə müraciət edib. İşə Sabunçu Rayon Məhkəməsinin hakimi Günel Məmmədovanın sədrliyi ilə baxılacaq.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?