Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Kuba. Paytaxtda elektrik enerjisinin verilişi dayandırıldı

Posted on 06 Aprel 202606 Aprel 2026 By Admin_

Kubanın paytaxtı Havanada Antonio Giteras adına İstilik Elektrik Stansiyasındakı (İES) nasazlıq səbəbindən demək olar ki, bütün rayonlarda işıq kəsilib.

Xia.az  xəbər verir ki, bu barədə Kuba Dövlət Elektrik Enerjisi Şirkəti məlumat yayıb.

İES yerli vaxtla saat 3:00-da (Bakı vaxtı ilə 11:00 – red.) qazanxananın zədələnməsi səbəbindən istismardan çıxarılıb. Kuba paytaxtının bir sıra rayonlarında elektrik enerjisi 11 saatdan çoxdur kəsilib.

Məlumata görə, adada enerji təchizatı vəziyyəti son iki ildə pisləşib. Səbəblər elektrik stansiyalarının köhnəlməsi və ABŞ tərəfindən artıq 60 ildən çox davam edən ticarət-iqtisadi embarqo ucbatından yanacaq tədarükündə yaşanan problemlərdir.

ABŞ administrasiyası yanvarın sonunda Kubaya yanacaq tədarükü blokadasını gücləndirdikdən sonra ölkədə elektrik kəsintiləri xüsusilə ciddiləşib, vaxtaşırı fasilələr 10 saatı keçir.

Martda Kubanın milli elektrik enerjisi sistemi üç dəfə tamamilə sıradan çıxıb. O zaman bütün ölkədə bir neçə saat işıq olmayıb.

Dünya

Yazı naviqasiyası

Previous Post: Müvəqqəti atəşkəs Hörmüz boğazını açmayacaq
Next Post: Mədəniyyət Nazirliyi yeni şöbə və sektorlar
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme